...

NATO Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesini dəstəkləyir - Rumıniya səfiri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Aprel 2010 12:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir T.Konyayeva/

Aİ kimi NATO-da Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə sülh yolu ilə nizamlanması prosesini dəstəkləyir. Bunu Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, NATO-nun ölkədəki nümayəndəsi Nikolaye Urke deyib.

"NATO-nun münaqişə ilə bağlı mövqeyi hər iki tərəfə balanslı yanaşmadan ibarətdir. Dondurulmuş münaqişələr heç kimə lazım deyil", - cümə günü Ureke səfirlərlə keçirilən müntəzəm görüşlər çərçivəsində Azərbaycan Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzi tərəfindən təşkil olunmuş görüş zamanı deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları səbəbindən yaranıb. Dağlıq Qarabağ və ona bitişik yeddi rayon - Azərbaycan ərazilərinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ilin mayında tərəflər ATƏT-in Minsk qrupunun himayəsi və Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə atəşkəs rejimi əldə ediblər. Lakin uğursuz sülh danışıqları hələ də davam edir.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ regionunun və işğal edilmiş ərazilərin azad edilməsinə dair dörd qətnaməsi hələ də Ermənistan tərəfindən yerinə yetirilmir.

Xəbər lenti

Xəbər lenti