...

Dağlıq Qarabağın separatçı rejiminin "seçkiləri" beynəlxalq ictimaiyyət tərəfindən tanınmayacaq - Azərbaycan MSK-nın rəhbəri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Aprel 2010 18:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir A.Hüseynbala/

Dağlıq Qarabağda erməni separatçılarının keçirəcəyi "parlament seçkiləri" ciddi addım deyil. Bunu cümə axşamı Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə deyib.

"Separatçı rejim əvvəllər də bənzər "seçkilər" keçirib, lakin həm beynəlxalq ictimaiyyət, həm də ABŞ Dövlət Departamenti bu "seçkilərin nəticələri"ni tanımayıb", - Pənahov bildirib.

Dağlıq Qarabağın separatçı rejimi mayın 23-də "parlament seçkiləri"nə hazırlaşır. Bu məqsədlə artıq "deputatlığa namizədlər"in qeydiyyat prosesi başlayıb.

"Azərbaycan Mərkəzi Seçki Komissiyası beynəlxlaq ictimaiyyətə bu "seçkilər"in tanınmaması üçün müraciət edəcək", - MSK sədri bildirib.

Pənahov Dağlıq Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarını noyabrda keçiriləcək Azərbaycanın parlament seçkilərində fəal iştirak etməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti