Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir Ü.Sadıxova/
Dağlıq Qarabağ münaqişəsi təkcə iki xalqın problemi deyil, etnikarası və dinlərarası dialoqu çərçivəsində həll olunmalıdır, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib.
"Biz, MDB-nin dini liderləri olaraq, elə mühit yaratmalıyıq ki, xalqlar bir-birlərinə yaxınlaşsınlar və hücüm etməsinlər", - Paşazadə bazar günü MDB-nın dinlərarası şuranın sammitinin açılışında deyib.
"Dini liderlər bizim ölkələrdə mövcüd olan probemlərə biganə qalmamalıdırlar", - o, deyib.
Paşazadə Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həll olunması barədə Moskva və Bütün Rusiyanın patriarxı Kirillin Yerevanda ifadə etdiyi mövqei dəstəkləyib. Onun sözlərinə görə, kilsənin böyük təcrübəsi millətlərarası münasibətlərdə tədbiq oluna bilər.
"Bütün bu [MDB] ölkələrin mədəni dialoqı, dini müxtəlifliyi dərinləşdirən səylərə ehtiyacı var", - Paşazadə deyib. - "Dini liderlər separatizm və aqressiya ilə mübarizəyə öz tövhəsini verməlidirlər".
Paşazadənin sözlərinə görə, Bakıda bu cür sammitin keçirilməsi Azərbaycan xalqının dini-etnik dözümlüyünün göstəricisidir.
"Öz fəaliyyəti ərzində MDB dini liderlərin şurası millətlər arasında mədən əlaqələri möhkəmlədib və bu əlaqələrin yeni mərhələsinə başlamağa imkan verib", - Paşazadə deyə bildirib.