...

Dağlıq Qarabağdakı "parlament seçkiləri" yekun statusun təyin olunması anlamına gəlmir - ATƏT-in Minsk qrupu

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 May 2010 18:53 (UTC +04:00)
Dağlıq Qarabağda "parlament seçkiləri"nin keçirilməsi münaqişənin sülh yolu ilə nizamlanması kontekstində Dağlıq Qarabağın yekun statusunun vaxtından qabaq təyin olunması kimi nəzərdə tutulmamalıdır.
Dağlıq Qarabağdakı "parlament seçkiləri" yekun statusun təyin olunması anlamına gəlmir - ATƏT-in Minsk qrupu

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir Y.Ostapenko/

Dağlıq Qarabağda "parlament seçkiləri"nin keçirilməsi münaqişənin sülh yolu ilə nizamlanması kontekstində Dağlıq Qarabağın yekun statusunun vaxtından qabaq təyin olunması kimi nəzərdə tutulmamalıdır. Bu barədə ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında deyilir.

Mayın 23-də separatçı rejim Dağlıq Qaqrabağda qondarma "parlament seçkiləri" keçirib. Bir çox beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası bu seçkiləri tanımadığı barədə bəyanat verib.

"Həmsədrlər anlayır ki, Dağlıq Qarabağ "hökuməti" "parlament seçkiləri" kimi demokratik bir prosedurun köməyi ilə ictimai həyatı təşkil etməyə çalışır", - bu barədə bəyanatda deyilir. - "Ancaq həmsədrlər bir daha qeyd edib ki, Dağlıq Qarabağ nə Minsk qrupunun həmsədrləri olan üç ölkədən biri, nə hansısa digər ölkə, o cümlədən Ermənistan tərəfindən müstəqil və suveren dövlət kimi tanınmayıb".

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti