...

Biz istəyirik ki, Ermənistan Azərbaycanın işğal etdiyi torpaqları azad etsin və BMT qətnamələrini yerinə yetirsin - Əhməd Məhəmməd Əli

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 İyun 2010 18:47 (UTC +04:00)
İslam İnkişaf Bankı (İİB) Dağlıq Qarabağ münaqişəsi qurbanlarının iztirablarını yüngülləşdirmək üçün Azərbaycanın səylərini dəstəkləməkdə davam edəcək.
Biz istəyirik ki, Ermənistan Azərbaycanın işğal etdiyi torpaqları azad etsin və BMT qətnamələrini yerinə yetirsin - Əhməd Məhəmməd Əli

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir İ.Xəlilova/

İslam İnkişaf Bankı (İİB) Dağlıq Qarabağ münaqişəsi qurbanlarının iztirablarını yüngülləşdirmək üçün Azərbaycanın səylərini dəstəkləməkdə davam edəcək. Bunu İİB prezidenti Əhməd Məhəmməd Əli Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə çərşənbə günü Bakıda keçirilən bankın Direktorlar Şurasının 35-ci illik toplantısında çıxışı zamanı deyib.

"Bank Dağlıq Qarabağ münaqişəsi qurbanlarının iztirablarını yüngülləşdirmək üçün Azərbaycanın səylərini dəstəkləyəcək", - bank prezidenti bildirib.

"Mən bütün insan hüquqları üzrə təşkilatları və bütün sülhsevər xalqları bu insanların yurd-yuvalarına qayıtması və onların iztirablarına son qoyulması üçün Azərbaycanı dəstəkləməyə çağırıram", - prezident vurğulayıb.

"Biz bilirik ki, Azərbaycan işğaldan əziyyət çəkir. Çoxlu sayda qaçqın var. Biz Azərbaycan torpaqlarının işğaldan azad olmasını istəyirik. Biz Ermənistanın Azərbaycanın işğal etdiyi torpaqları azad etməsini və BMT tərəfindən qəbul olunan qətnamələrə əməl etməsini istəyirik", - Məhəmməd Əli bildirib.

Xəbər lenti

Xəbər lenti