...

ATƏT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 İyul 2010 10:34 (UTC +04:00)
ATƏT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirəcək
ATƏT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirəcək

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir M.Əliyev/

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyulun 14-də Azərbaycanın Xocavənd rayonunun Kuropatkino kəndinin şimal-qərb istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Bu barədə çərşənbə axşamı Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç, Uilyam Prayor və ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi Aleksandr Nepokrıtıx keçirəcəklər.

Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin koordinatoru Imre Palatinus, səhra köməkçisi Caslan Nurtazin və ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi Ferqus Hannon keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti