...

ATƏT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 İyul 2010 10:47 (UTC +04:00)
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 23-də Azərbaycanın Tərtər rayonunun Qapanlı kəndinin cənub-şərq istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
ATƏT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirəcək

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir K.Zərbalıyeva/

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 23-də Azərbaycanın Tərtər rayonunun Qapanlı kəndinin cənub-şərq istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Bu barədə cümə axşamı Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin koordinatoru İmre Palatinus və səhra köməkçisi Uilyam Proyor keçirəcəklər.

Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç, Caslan Nurtazin və Xristo Xristov keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti