...

Türkiyənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməzdir – dövlət naziri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 İyul 2010 18:43 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin həlli edilməsi və Azərbaycan torpaqlarının azad olunması Türkiyə üçün prinsip məsələsidir.
Türkiyənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməzdir – dövlət naziri

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir E.İsmayılov/

Dağlıq Qarabağ münaqişəsinin həlli edilməsi və Azərbaycan torpaqlarının azad olunması Türkiyə üçün prinsip məsələsidir. Bunu Türkiyənin dövlət naziri Zəfər Çağlayan Bakıda keçirilən mətbuat konfransında deyib.

"Türkiyənin bu mövqeyi dəyişməz qalacaq", - o bildirib.

Türkiyəli nazir və iş adamlarından ibarət böyük nümayəndə heyəti Bakıya çərşənbə günü müxtəlif görüş və danışıqlar keçirmək üçün gəlib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti