Azərbaycan, Bakı, 31 iyul /Trend/
Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 30-da saat 11.50-dən 11.55-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Şavarşan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli kəndində yerləşən mövqelərimizi:
- saat 08.00-dan 08.10-dək Xojavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 14.30-dan 14.50-dək və 17.10-dan 17.35-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən:
- saat 22.05-dən 22.20-dək Tərtər rayonunun Seysulan kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 22.45-dən 23.05-dək Ağdam rayonunun Sarıjalı kəndi yaxınlığında yerləşən mövqelərdən;
- iyulun 31-də saat 01.50-dən 02.05-dək və 02.10-dan 02.20-dək Füzuli rayonunun Qaraxanbəyli və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbayjan Silahlı Qüvvələrnin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.