...

Cənubi Qafqazda münaqişələrin həllində dialoq üçün maksimum səy göstərmək lazımdır – ATƏT sədri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Avqust 2010 14:26 (UTC +04:00)
Cənubi Qafqaz ərazisində münaqişələrin həllində dialoq üçün maksimum səy göstərmək, qarşı-qarşıya duran tərəflər arasında kompromis axtarmaq lazımdır. Bu barədə Qazaxıstan KİV-ə müsahibəsində ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın dövlət katibi, xarici işlər naziri Kanat Saudabayev deyib.
Cənubi Qafqazda münaqişələrin həllində dialoq üçün maksimum səy göstərmək lazımdır – ATƏT sədri

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir A.Qasımova/

Cənubi Qafqaz ərazisində münaqişələrin həllində dialoq üçün maksimum səy göstərmək, qarşı-qarşıya duran tərəflər arasında kompromis axtarmaq lazımdır. Bu barədə Qazaxıstan KİV-ə müsahibəsində ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın dövlət katibi, xarici işlər naziri Kanat Saudabayev deyib.

"Sədr qismində (ATƏT) biz bütün keçmiş sovet məkanında yubadılmış münaqişələrin nizamlanmasına çox səy göstərmişik. Dnestryanı, Dağlıq Qarabağ, Gürcüstanın Abxaziya və Cənubi Osetiya ilə qarşıdurması... Sədrliyin bir il olmasını nəzərə alsaq, bütün bu münaqişələrin asan həlli yoxdur", - nazir qeyd edib.

Onun sözlərinə görə, Qazaxıstan bu istiqamətdə işləməkdə davam edir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.1990-cı illərdə BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti