...

Serj Sarkisyan günahsız azərbaycanlıların tökülən qanlarına görə cavab verəcək - Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Sentyabr 2010 12:56 (UTC +04:00)
Serj Sarkisyan günahsız azərbaycanlıların, dinc insanların tökülən qanlarına görə cavab verəcək.
Serj Sarkisyan günahsız azərbaycanlıların tökülən qanlarına görə cavab verəcək - Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir T.Hacıyev/

Serj Sarkisyan günahsız azərbaycanlıların, dinc insanların tökülən qanlarına görə cavab verəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Dağlı Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov hakim Yeni Azərbaycan Partiyasının internet-saytına bildirib.

"Ermənistan prezidenti Serj Sarkisyan yaxşı bilir ki, işğal edilmiş Qarabağın və digər bölgələrin ermənilərə heç bir aidiyyəti yoxdur. Ona görə də bu torpaqlar öz sahibləri tərəfindən geri alınacaq", - Səfərov əlavə edib.

Səfərov qeyd edib ki, Azərbaycan torpaqlarının işğal olunmasında Ermənistanın indiki prezidenti Sarkisyanın xüsusi rolu var.

"Hazırda işğalçı dövlət başçısının deməyə sözü yoxdur. Onun özü də söylədiyi fikirlərin heç bir əsasının olmadığını yaxşı anlayır. Artıq Ermənistan çətin vəziyyətdədir və danışıqlar prosesini uzatmaq üçün bəhanələri qalmayıb", - o qeyd edib.

Səfərov deyib ki, Azərbaycan dövləti haqq-ədalətin bərpa olunmasını istəyir: "Bu da ondan ibarətdir ki, ölkəmizin ərazi bütövlüyü bərpa edilsin və insanlar öz doğma yurdlarına qayıtsınlar. Azərbaycan dövləti dünyadan ədalətin bərpa olunmasını gözləyir. Biz heç zaman torpaqlarımızın işğal altında qalması ilə barışmayacağıq", - Səfərov vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti