...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri 4 istiqamətdə atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Sentyabr 2010 09:52 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 10-da saat 07:50-dən 08:15-dək, 18:40-dan 18:50-dək və 00:00-dan 00:30-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qorqan kəndi yaxınlığında yerləşən mövqelərdən...
Ermənistan Silahlı Qüvvələrinin bölmələri 4 istiqamətdə atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 10-da saat 07:50-dən 08:15-dək, 18:40-dan 18:50-dək və 00:00-dan 00:30-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qorqan kəndi yaxınlığında yerləşən mövqelərdən; saat 18:30-dan 18:50-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən; saat 23:40-dan 23:50-dək Ağdam rayonunun Sarıcalı, Qaraqaşlı və Şıxlar kəndləri yaxınlığında yerləşən mövqelərdən; sentyabrın 11-də saat 03:30-dan 03:45-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti