...

Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətləri arasında inam atmosferinin yaradılması lazımdır – "Daşnaksutyun" nümayəndəsi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Oktyabr 2010 15:49 (UTC +04:00)
Ermənistanın "Daşnaksutyun" İnqilab Federasiyasının "Ay dat" Yerevan ofisinin rəhbəri Kiro Manoyan Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətləri arasında inam atmosferinin yaradılmasının lazım olduğunu hesab edir.
Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətləri arasında inam atmosferinin yaradılması lazımdır – "Daşnaksutyun" nümayəndəsi

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir T.Hacıyev/

Ermənistanın "Daşnaksutyun" İnqilab Federasiyasının "Ay dat" Yerevan ofisinin rəhbəri Kiro Manoyan Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətləri arasında inam atmosferinin yaradılmasının lazım olduğunu hesab edir.

"Bu gün Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə danışıqlar iki dövlət arasında aparılır, lakin uğura nail olmaq üçün iki ölkənin vətəndaş cəmiyyətləri arasında inam atmosferinin yaradılması lazımdır", - bunu bazar ertəsi Bakıda jurnalistlərə açıqlamasında Minoyan bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

"Daşnaksutyun" nümayəndələri sülh danışıqlarının nəticə verəcəyinə əminliklərini ifadə ediblər.

Manoyan bazar ertəsi Azərbaycanın paytaxtında keçirilən "Sosialisit İnternasionalı"nın MDB, Qafqaz və Xəzər hövzəsi üzrə regional konfransında iştirak edir.

Xəbər lenti

Xəbər lenti