...

Ermənistan Silahlı Qüvvələri son iki gündə bir neçə istiqamətdə atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Oktyabr 2010 10:01 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələri son iki gündə bir neçə istiqamətdə atəşkəs rejimini pozub
Ermənistan Silahlı Qüvvələri son iki gündə bir neçə istiqamətdə atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin cümə günü yaydığı məlumata görə, Ermənistan silahlı Qüvvələrinin bölmələri oktyabrın 14-də saat 10:00-dan 10:15-dək Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Həmin gün saat 14:30-dan 14:35-dək erməni hərbçiləri Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;

saat 14:40-dan 14:45-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən;

saat 18:15-dən 18:35-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Həmçinin, oktyabrın 15-də saat 01:35-dən 01:55-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti