...

Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanıması Yerevanın böyük səhvi olardı – Azərbaycan XİN başçısı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Oktyabr 2010 12:49 (UTC +04:00)
Ermənistanın Dağlıq Qarabağəın müstəqilliyini tanınması Yerevanın böyük səhvi olardı. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cümə günü Bakıda beynəlxalq münasibətlərə həsr olunmuş "Dəyişən dünyada Cənubi Qafqaz" simpoziumunun açılışında Ermənistan XİN-in bəyanatını şərh edərkən bildirib.
Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanıması Yerevanın böyük səhvi olardı – Azərbaycan XİN başçısı

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir S.Ağayeva/

Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanınması Yerevanın böyük səhvi olardı. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cümə günü Bakıda beynəlxalq münasibətlərə həsr olunmuş "Dəyişən dünyada Cənubi Qafqaz" simpoziumunun açılışında Ermənistan XİN-in bəyanatını şərh edərkən bildirib.

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan rəsmi Yerevanın Dağlıq Qarabağın müstəqilliyini tanıyacağını istisna etmir. Bu barədə Panorama.am saytı məlumat verib.

"Əgər Ermənistanda Dağlıq Qarabağın tanınması prosesi başlansa, bu, beynəlxalq hüquq baxımından böyük səhv olacaq. Dağlıq Qarabağın müstəqilliyinin tanınması o demək olacaq ki, Yerevan Azərbaycan ərazilərini işğal etməsi faktını da tanıyacaq", - o deyib.

Bunun ardından isə, nazirin sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının birmənalı reaksiyası gəlməlidir. BMT və təşkilata daxil olan bütün dövlətlər, Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycanın müstəqilliyini tanıyıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti