...

BQXK nümayəndələri erməni əsirliyində və girovluğunda olan Azərbaycan vətəndaşlarına baş çəkiblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Oktyabr 2010 15:17 (UTC +04:00)
BQXK-nın Bakı ofisinin mətbuat xidmətinin rəhbəri İlahə Hüseynova Trend-ə bildirib ki, qurumun Ermənistan nümayəndəliyinin əməkdaşları erməni əsirliyində olan Azərbaycan hərbçiləri Roman Hüseynov və Anar Hacıyevin, mülki şəxs Eldar Tağıyevin saxlanma şəraiti və fiziki vəziyyəti ilə maraqlanıblar.
BQXK nümayəndələri erməni əsirliyində və girovluğunda olan Azərbaycan vətəndaşlarına baş çəkiblər

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri erməni əsirliyində və girovluğunda olan Azərbaycan vətəndaşlarına baş çəkiblər.

BQXK-nın Bakı ofisinin mətbuat xidmətinin rəhbəri İlahə Hüseynova Trend-ə bildirib ki, qurumun Ermənistan nümayəndəliyinin əməkdaşları erməni əsirliyində olan Azərbaycan hərbçiləri Roman Hüseynov və Anar Hacıyevin, mülki şəxs Eldar Tağıyevin saxlanma şəraiti və fiziki vəziyyəti ilə maraqlanıblar.

Hüseynov bu il avqustun 27-də, Hacıyev isə 2009-cu il mayın 10-da Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülüb.

Girovluqda olan Eldar Tağıyev ötən il dekabrın 28-də Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində, təmas xəttinin yaxınlığında atəşə tutulub, daha sonra erməni hərbçiləri tərəfindən girov götürülüb.

Hüseynova ermənilərin əlində olan iki əsgərimizin meyitinin qaytarılması ilə bağlı tərəflər arasında danışıqların davam etdirildiyini və tərəflər arasında razılaşma əldə olunmadığını bildirib.

Ermənistan hərbçiləri bu il iyunun 18-də Azərbaycan ordusunun giziri Mübariz İbrahimovu qətlə yetirib.

Ermənistan tərəfi Mübariz İbrahimovun cəsədinin Azərbaycana qaytarmaqdan imtina etmiş, bir neçə gün sonra isə onun cəsədinin şəkillərini internet səhifələrində yerləşdirmişdilər. Bu il sentyabrın 4-də Azərbaycan ordusunun zabiti Fərid Əhmədov Ermənistan hərbçiləri tərəfindən qətlə yetirilib. Ermənistan tərəfi onun da cəsədini bu günə qədər Azərbaycana qaytarmaqdan imtina edir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti