...

Ramiz Mehdiyev: Azərbaycanın işğal olunmuş torpaqları qanunsuz ərazilərə çevrilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Noyabr 2010 12:39 (UTC +04:00)
Bu gün Azərbaycanın işğal olunmuş torpaqları qanunsuz ərazilərə çevrilib. Bu barədə cümə axşamı Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Bakıda BMT İnkişaf Proqramının İnsan İnkişafı Hesabatının təqdimatında deyib.
Ramiz Mehdiyev: Azərbaycanın  işğal olunmuş torpaqları qanunsuz ərazilərə çevrilib

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir S.Ağayeva/

Bu gün Azərbaycanın işğal olunmuş torpaqları qanunsuz ərazilərə çevrilib. Bu barədə cümə axşamı Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Bakıda BMT İnkişaf Proqramının (İP) İnsan İnkişafı Hesabatının təqdimatında deyib.

Onun sözlərinə görə, bu gün bu ərazilərdə qanunsuz silah ticarəti aparılır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Ramiz Mehdiyev təəssüf hissi ilə qeyd edib ki, bu gün dünyada müharibələr vasitəsilə insan haqları kobud şəkildə pozulur.

"BMT Təhlükəsizlik Şurasının dörd qətnamə qəbul etməsinə baxmayaraq, Azərbaycan torpaqları hələ də işğal altındadır. Buna son qoymaq lazımdır. Azərbaycanın hakim qüvvələri bu məsələni həll etmək üçün ciddi səy göstərirlər", - o bildirib.

Ramiz Mehdiyevin sözlərinə görə, demokratiyada ikili standartlar qəbulolunmazdır. "Biz istəmirik ki, Azərbaycanda baş verənlərə, Dağlıq Qarabağ münaqişəsinə kənardan ikili standartlar mövqeyindən yanaşılsın", - o bildirib.

"Dağlıq Qarabağ heç vaxt Ermənistanın ərazisi olmayıb", - Azərbaycan Prezident Administrasiyasının rəhbəri deyib.

Onun sözlərinə görə, bu gün prioritet məsələ məcburi köçkünlərin öz doğma evlərinə qayıtmasını təmin etməkdir. "Dağlıq Qarabağda güc metodu ilə yaradılmış vəziyyət bütün beynəlxalq hüquq norma və prinsiplərini pozur. Beynəlxalq ictimaiyyət, o cümlədən BMT öz missiyasını yerinə yetirməli, insan haqlarının təmin olunmasına xidmət etməli və Azərbaycan torpaqlarının işğaldan azad olunması üçün səy göstərməlidir", - Ramiz Mehdiyev deyib.

Xəbər lenti

Xəbər lenti