...

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün konstruktiv yanaşma tələb olunur - ATƏT baş katibi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Noyabr 2010 14:20 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün hər iki tərəfdən konstruktiv yanaşma və ruh tələb olunur. Belə halda regionda sülhə nail olmaq olar, bu da ATƏT-in Minsk qrupunun və ATƏT sədrinin məqsədidir. Bunu bazar günü Astanada keçirilən mətbuat konfransında Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) baş katibi Mark Perrin de Brişambo deyib.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün konstruktiv yanaşma tələb olunur - ATƏT baş katibi

Qazaxıstan, Astana, 28 noyabr / Trend, müxbir A.Maratov /

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün hər iki tərəfdən konstruktiv yanaşma və ruh tələb olunur. Belə halda regionda sülhə nail olmaq olar, bu da ATƏT-in Minsk qrupunun və ATƏT sədrinin məqsədidir. Bunu bazar günü Astanada keçirilən mətbuat konfransında Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) baş katibi Mark Perrin de Brişambo deyib.

"İki qonşu ölkənin dostluq və əməkdaşlıq şəraitində yaşaya bilməsi üçün səhifəni çevirmək zamanı gəlib çatıb.  Dağlıq Qarabağ münaqişəsinin həll etmək lazımdır", de Brişambo  deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Mətbuat konfransında iştirak edən Qazaxıstan xarici işlər nazirinin müavini Konstantin Jiqalovun sözlərinə görə, Qazaxıstan ATƏT-də sədrlik dövrünün əvvəllərindən  uzunsürən münaqişələrin zonalarına baş çəkib.

"Bu məsələyə böyük əhəmiyyət verərək, biz  ardıcıl olaraq Azərbaycana, Ermənistana və Gürcüstana səfər etmişik",  Jiqalov deyib. O, qeyd edib ki, bəzi məsələlər üzrə problemin müzakirəsi çox çətin irəliləyir, lakin, bəzi sahələrdə bir çox işlər görmək olub.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk Qrupu çox mühüm rol oynayır və ATƏT-in Minsk Qrupunun nümayəndələri məhz bu gün Astanaya gəlib və uzunsürən münaqişəyə dair  hamını razı salacaq formul tapmaq üçün fəal işləyirlər.

"Mən ümid edirəm ki, qalan günlər ərzində biz də qənaətbəxş formul tapacayıq, çünki, bizim üçün münaqişənin erkən nizamlanması potensialının artırılmasının vacibliyini bütün ATƏT-in  üzv ölkələri anlayır.  Biz Dağlıq Qarabağ məsələsinin zirvə sənədlərində düzgün əks olunmasına dair cəhdlər göstərəcəyik, və ümid edək ki, bu alınacaq", Jiqalov bildirib.

Xəbər lenti

Xəbər lenti