Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Milli Ordusunun zabiti yaralanıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev cümə günü Trend-ə bildirib ki, hadisə dünən cəbhənin Tərtər istiqamətində, Çiləbürt kəndi yaxınlığında qeydə alınıb.
Azərbaycan Ordusunun hərbi qulluqçusu, 1986-cı il təvəllüdlü Şamil Əli oğlu Sadıqov Ermənistan silahlı birləşmələrinin açdığı atəş nəticəsində hər iki budundan güllə yarası alıb, vəziyyəti kafidir.