Moskva Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində tempi azaltmayacaq - ekspert

Moskva Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində tempi azaltmayacaq - ekspert

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir E.Tariverdiyeva/

ATƏT-in sammitindən sonra Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində müəyyən durğunluq yaranıb. Bu durğunluğu nə iləsə doldurmaq və ərazi mübahisəsinin həllində vasitəçilərin gələcək fəaliyyətinin formatını müəyyən etmək lazım idi. Moskva Dövlət Universitetinin Tarix fakültəsinin dekan müavini, Trend-in Ekspert Şurasının üzvü Aleksey Vlasov belə hesab edir.

"Fikrimcə, hazırda növbəti il üçün planları aydınlaşdırmaq vaxtı gəlib çatıb, - Trend-ə Vlasov Astanadan telefon vasitəsilə bildirib. - Moskvanın bu ikitərəfli dialoqun baş moderatoru olaraq öz səylərini əsirgəməyəcəyini güman etməyə əsas var və yanvarın 24-də çox şey aydınlaşacaq".

Yanvarın 24-nə Moskvada Azərbaycan, Rusiya və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Sergey Lavrov və Edvard Nalbandyanın görüşü planlaşdırılıb. Bu barədə cümə günü jurnalistlərə Ermənistanın xarici işlər naziri deyib. Məlumatı "Novosti-Armeniya" agentliyi yayıb.

Onun sözlərinə görə, görüş RF-nin xarici işlər naziri Sergey Lavrovun təşəbbüsü ilə keçiriləcək.

Ötən ilin noyabr ayında Rusiya, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Moskvada görüşərək Dağlıq Qarabağ münaqişəsinin nizamalanması məsələsini müzakirə ediblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Vlasovun sözlərinə görə, Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzusunu yarımçıq qoymaq niyyətində deyil. Ola bilsin ki, bu məsələ Cənubi Qafqazda vəziyyətin nizamlanması üzrə ümumi kontekstə daxil edilsin.

"Bu, beynəlxalq təşkilatların region üzrə fəaliyyətini nəzarətdə saxlamaq üçün ediləcək - bu, Moskvaya bir tərəfdən Dağlıq Qarabağ üzrə baş moderator statusunu saxlamağa, digər tərəfdən beynəlxalq qurumların Gürcüstan məsələsi ilə bağlı hədsiz fəallaşmasına yol verməməyə kömək edən kompleks yanaşmadır", - Vlasov deyib.

2008-ci il avqustun 8-nə keçən gecə tanınmamış "Cənubi Osetiya respublikası"nda irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcüstan qoşunları Sxinvaliyə daxil olub. Sonradan rus qoşunları Sxinvalini tutub və gürcü hərbçiləri Gürcüstan ərazisinə sıxışdırıblar. Avqustun sonlarında Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb. Buna cavab olaraq, Tbilisi Moskva ilə diplomatik münasibətləri pozub və iki tanınmamış respublikanı işğal olunmuş ərazilər elan edib.

Politoloqun fikrincə, Moskva Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində 2010-cu ildə əldə etdiyi tempi azaltmayacaq.

Astana sammitindən sonra yaranan durğunluğu dolduracaq xarici işlər nazirlərinin yanvarın 24-də baş tutacaq görüşündən sonra mühüm dəyişikliklər gözləmək çətindir.

Son 11 il ərzində keçirilməyən ATƏT-in sammiti dekabrın 1-2-də Qazaxıstanın təşkilatda sədrliyi çərçivəsində baş tutub. Sammitə üzv ölkələrin dövlət və hökumət başçıları gəliblər.

Sammit zamanı münaqişə tərəfləri olan Azərbaycan və Ermənistan prezidentləri, həmçinin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyəti başçılarının birgə bəyanatı qəbul olunub. Bəyanatda Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinə çağırış əks olunub.

Tibb Universitetinin qəzada həlak olan tələbələri (FOTO)
Tibb Universitetinin qəzada həlak olan tələbələri (FOTO)
Zərdabda evi tərk edən daha bir COVİD-19 xəstəsinə cinayət işi başlandı
Zərdabda evi tərk edən daha bir COVİD-19 xəstəsinə cinayət işi başlandı
Bakının əsas magistrallarında sürət həddi endirildi
Bakının əsas magistrallarında sürət həddi endirildi
Loading Bars
Xəbər lenti
Kaspersky satış zamanı onlayn təhlükəsizlik qaydalarını xatırladır
Təhsil naziri qəzada ölən tələbələrdən yazdı
Ağdaşda COVİD-19 xəstələrinə cinayət işi başlanılıb (FOTO)
Mərkəzi Bank depozit hərracının nəticələrini açıqladı
Bakı Ali Neft Məktəbinin 9 yaşı tamam olur
Rusiyada bir gündə koronavirusa 26 mindən çox yoluxma olub, 368 nəfər ölüb
Baydenin prezident seçilməsi Azərbaycana nə verə bilər? - Şərh
Kür-Araz ovalığında bataqlıqlar artır
Bu gün “Dərs vaxtı” verilişinin 2000-ci buraxılışı efirə gedib
Hotellərə ulduz veriləndə koronavirusla bağlı qoruyucu tədbirləri də nəzərə alınacaq - Yenilik
Sülhməramlılar üçün yüklərin Azərbaycan vasitəsilə daşınması ərazi bütövlüyümüzə hörmətin nümunəsidir - Deputat
İşğaldan azad edilmiş ərazilərdə bələdiyyələr necə təşkil ediləcək?
Bakıda kokain və ekstazi həblərinin satışı ilə məşğul olan şəxs saxlanılıb (FOTO/VİDEO)
Avstriyanın müdafiə naziri koronavirusa yoluxub
Tibb Universitetinin qəzada həlak olan tələbələri (FOTO)
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Qazi Elçin Səmədov Bakıya gətirilib, əməliyyat olunacaq
Zərdabda evi tərk edən daha bir COVİD-19 xəstəsinə cinayət işi başlandı
Cəmiyyəti radikalların perspektivsiz tezislərinə yox, torpaqlarımızın azad edilməsi reallığına inanır - Ekspert
Daha 3 koronavirus xəstəsi saxlanılıb
Türkiyədən Azərbaycana avtomobil ixracı azalıb
Baş nazir Modi Hindistanı bütün dünyanın əzcaçısı olmağa ruhlandırır
Co Bayden ayağını sındırıb
Dağlıq Qarabağ və ətraf regionların bərpa olunan enerji resurslarından səmərəli istifadə qarşıda duran əsas prioritetdir - Pərviz Şahbazov (MÜSAHİBƏ)
Oğuzda qaydaları pozan koronavirus xəstəsi saxlanılıb
“Qərb demokratiyası”: Aysberqin görünən və görünməyən tərəfləri
BTQ-nin Qars Logistika Mərkəzində işlər yekunlaşıb (FOTO)
Bakının əsas magistrallarında sürət həddi endirildi
ATU-nun 3 tələbəsi qəzada həlak oldu, biri ağır yaralandı
Azərbaycanda hotellərə veriləcək ulduzlar beynəlxalq platformada da tanınacaq
Noyabrın 30-da xarici valyutaların manata qarşı məzənnələri
"Ağyoxuş" qızıl yatağı istismara verildi (FOTO)
Braziliyada koronavirusa yoluxanların sayı 6,3 milyon nəfəri ötüb
Kanadada əcnəbilər üçün ölkəyə giriş qadağası 21 yanvaradək uzadılıb
Bakıdan Naxçıvana yeni avtomobil yolu çəkilə bilər (ÖZƏL)
Qazaxıstanda koronavirusa daha 794 nəfər yoluxub
Venesuela prezidenti sosial şəbəkədə özünün telefon nömrəsini paylaşdı
Fransada koronavirusa sutkalıq yoluxmaların sayı azalmağa davam edir
Bakıda hosteldə baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Bayden Ağ Evin mətbuat katibi vəzifəsinə Cen Psakini təyin etmək niyyətindədir
Fransada nümayişlər zamanı 98 polis əməkdaşı xəsarət alıb
Hemilton "Formula-1" üzrə Bəhreyn Qran Prisinin qalibi oldu
Moskvada koronavirusdan daha 74 nəfər ölüb
Suqovuşana çəkiləcək avtomobil yolunun minalardan təmizlənilməsi əməliyyatı davam edir (FOTO)
Abşeronda yaşayış binasında baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Britaniyada koronavirusdan ölənlərin sayı 58 245 nəfərə çatıb
Meksikada silahlı hücum nəticəsində 2 nəfər ölüb, 16 nəfər yaralanıb
Türkiyədə koronavirusdan sağalanların sayı 400 mini keçib
Rusiyalı həkimdən dünyaya daha bir epidemiya xəbərdarlığı
OPEK+ monitorinq komitəsinin nazirləri razılığa gələ bilməyiblər
Yoluxma sayı artmaqda davam edərsə, qaydalar sərtləşdirilə bilər - TƏBİB-dən xəbərdarlıq
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 564 mindən çox artıb
Argentinada güclü zəlzələ baş verib
Vətəni Xudayarın səsindən tanıyın (VİDEO)
Ceyhun Bayramov iranlı həmkarına başsağlığı verib
Qırğızıstanda koronavirusa yoluxanların sayı 71 971 nəfərə çatıb
Azərbaycan gimnastlarının bədii gimnastika üzrə Avropa çempionatında nəticələri məlum olub
Rusiya Federasiyasının sülhməramlı kontingentinin təminatı ilə bağlı fəaliyyətlər həyata keçirilir (FOTO/VİDEO)
Xalq rəssamı Tahir Salahovun həyat yoldaşı vəfat edib (FOTO/VİDEO)
Qurban Qurbanov koronavirusa yoluxub
Bakıda su hovuzuna düşən 2 azyaşlının meyitləri tapıldı (ƏLAVƏ OLUNUB)
Azərbaycan MDB ölkələrinə məhsul ixracını artırıb
Xalqın Ali Baş Komandanının ətrafında daha sıx birləşməsi bəzi hakimiyyət hərislərini təlaşlandırır - Siyasi ekspert
Ermənistan prezidenti Paşinyan hökumətinin istefasını tələb edib
Yaşayış yerini tərk edən aktiv koronavirus xəstəsini hansı cəza gözləyir?
Bakıda kommersiya obyektində yanğın olub
Abşeronda yaşayış binasında yanğın olub
Biz yaralılarımızı çiynimizə alıb irəli gedirdik, düşmən isə qoruxdan silahlarını atıb qaçırdı - Qarabağ qazisi
Azərbaycan diasporu yeni və çətin mərhələyə keçib: əsl mübarizə hələ qabaqdadır
Suqovuşan kəndinə gedən yolun mina və partlamamış sursatlardan təmizlənməsi işləri davam edir (FOTO)
Zərdabda yaşayış yerini qanunsuz tərk edən aktiv koronaviruslu xəstəyə cinayət işi açılıb
İranda sutka ərzində 389 nəfər koronavirusdan ölüb
Xırdalandakı uçquna görə 9 məcburi köçkün ailəsi müvəqqəti ünvanda yerləşdirilib - Komitə
Daşkəsəndə karantin rejimini pozan iaşə obyektləri aşkarlanıb
Bugün sifariş əsasında “qara piar” aparan radikal müxalifətin hərisliyi ucbatından topraqlarımız işğal olunmuşdu - ŞƏRH
Koronavirus mutasiyaya uğrayıb - İranın səhiyyə naziri xəbardarlıq etdi
Azərbaycanda COVID-19-a 4 170 yeni yoluxma qeydə alınıb, 1 985 nəfər sağalıb, 38 nəfər vəfat edib
Yaponiya məlumatları yüksək sürətlə ötürmək üçün peyk buraxıb
Birinci Qarabağ müharibəsinin məğlub müxalifət qalıqları tarixi Qələbəni həzm edə bilmir - ŞƏRH
Rusiyada sutka ərzində 26 mindən çox insan koronavirusa yoluxub
Ağdam rayonunun Şahbulaq kəndi (FOTO/VİDEO)
Sabah Azərbaycanda yağış, qar yağacaq
Birinci Qarabağ müharibəsinin təcrübəsi göstərir ki, Azərbaycan dövləti şəhidlərimizin xatirəsini həmişə uca tutur - Politoloq
Gürcüstanda daha 4 426 nəfər koronavirusa yoluxub
Gələn ilin əvvəlindən övladlığa götürülən hər uşaq üçün müavinət təyin olunacaq
Şabranda yaşadığı ünvanı tərk edən “COVİD-19” xəstələri müəyyən edilib (FOTO)
Mingəçevir Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin elmi-praktiki konfransı keçirilib (FOTO)
Qarabağ xalçalarının salnaməsi (FOTO)
Əfqanıstanda partlayış nəticəsində 21 nəfər həlak olub
İşğaldan azad olunmuş Kəlbəcər rayonunun kəndləri(FOTO/VİDEO)
Mayk Tayson və Roy Conson arasındakı döyüş heç-heçə ilə nəticələndi
Azərbaycandan Türkiyəyə təbii qaz ixracı azalıb
İşğaldan azad edilmiş ərazilərimizdə təhsil infrastrukturunun qurulması ilə bağlı TƏKLİFLƏR
Abşeronda "Volkswagen" yanıb
Britaniyada bir gündə koronavirusa 15 871 yoluxma qeydə alınıb
Hemilton "Formula-1" üzrə Bəhreyn Qran Prisinin təsnifat mərhələsinin qalibi oldu
Qazaxıstanda koronavirusa daha 826 nəfər yoluxub
Nigeriyada onlarla "Boko Haram" silahlısı öldürülüb
BƏƏ-də ABŞ hərbçisi həlak olub
Dünyada koronavirusa yoluxanların sayı 62 milyon nəfəri ötüb
Bütün xəbərlər