...

Odun üzərinə yağ tökmək lazım deyil – Ermənistan XİN rəhbəri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Fevral 2011 14:20 (UTC +04:00)
Qiymət və proqnoz verməzdən əvvəl odun üzərinə yağ tökməməyə çalışmaq lazımdır. Bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanmətbuat konfransında Beynəlxalq Böhran Qrupunun Dağlıq Qarabağ münaqişəsinə dair hesabatını şərh edərkən bildirib. Trend-in məlumatına görə, bu barədə "Armenia Today" xəbər verir.
Odun üzərinə yağ tökmək lazım deyil – Ermənistan XİN rəhbəri

Qiymət və proqnoz verməzdən əvvəl odun üzərinə yağ tökməməyə çalışmaq lazımdır. Bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan mətbuat konfransında Beynəlxalq Böhran Qrupunun Dağlıq Qarabağ münaqişəsinə dair hesabatını şərh edərkən bildirib. Trend-in məlumatına görə, bu barədə "Armenia Today" xəbər verir.

Nazirin sözlərinə görə, məruzə müəllifləri onu ekspert rəyi kimi təqdim edirlər və müxtəlif ekspertlər eyni məsələ ilə bağlı ayrı-ayrı fikirlərə malik ola bilərlər. Nazir qeyd edib ki, bu fikirlər heç də həmişə real vəziyyətlə üst-üstə düşmür. "Hər hansı məsləhət, qiymət və ya proqnoz verməzdən əvvəl odun üzərinə yağ tökməməyə çalışmaq lazımdır. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər şeydən əvvəl, təkcə danışıqlar prosesindəki təkamüllə deyil, əsl vəziyyətlə də tanış olan ATƏT-in Minsk qrupunun həmsədrlərinin ekspert rəylərini nəzərə almaq vacibdir", - Nalbandyan qeyd edib.

Nazir sonda bildirib ki, hətta ekspert qiymətləndirmələri və proqnozları baxımından da, hər şeydən əvvəl, ATƏT-in Minsk qrupunun həmsədrlərinin rəylərini dinləmək lazımdır.

Böhran Qrupu Dağlıq Qarabağ münaqişəsi üzrə növbəti məruzəsini hazırlayıb və sənəd fevralın 8-də dərc olunub.

"Məruzənin əsas mövzusu Azərbaycanla Ermənistan arasında yeni müharibənin mümkünlüyüdür", - Böhran Qrupunun Avropa proqramlarının direktoru Sabina Freyzer bir qədər əvvəl Trend-ə bildirib.

Məruzə Böhran Qrupunun ekspertlərinin Azərbaycan və Ermənistanda apardıqları araşdırmalara əsaslanır. Hazırkı araşdırma üzərində iş son dörd ayda aparılıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti