...

Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan əsgəri yaralanıb (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Fevral 2011 13:41 (UTC +04:00)
Hərbi mənbədən Trend-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin fevralın 20-də Füzuli rayonu istiqamətində atəşkəsi pozması nəticəsində Milli Ordunun əsgəri Hikmət Rzazadə yaralanıb.
Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan əsgəri yaralanıb (ƏLAVƏ OLUNUB)

Beşinci abzasda Müdafiə Nazirliyinin məlumatı əlavə olunub (ilk məlumat 12:58-də yayılıb)

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Milli Ordusunun əsgəri güllə yarası alıb.

Hərbi mənbədən Trend-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin fevralın 20-də Füzuli rayonu istiqamətində atəşkəsi pozması nəticəsində Milli Ordunun əsgəri Hikmət Rzazadə yaralanıb.

Əsgər hospitala yerləşdirilib.

Rzazadə Cəlilabad rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev məlumatı təsdiqləyib və Trend-ə bildirib ki, dünən Füzuli rayonunun Aşağı Əbdürrəhmanl kəndi yaxınlığından ermənilərin atəşkəsi pozması nəticəsində 19 yaşlı əsgər Rzazadə Hikmət Ağa oğlu yaralanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin bazar ertəsi yaydığı məlumata görə, Ermənistan Silahlı Qüvvələri fevralın 20-də saat 15:10-dan 15:15-dək və 22:05-dən 22:25-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 15:00-dan 15:05-dək, 21:10-dan 21:15-dək, 22:05-dən 22:15-dək, 22:20-dən 22:35-dək, 23:20-dən 23:40-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Seyidəhmədli və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Atəşkəsin pozulması nəticəsində 21 yaşlı əsgər, 2009-cu ilin oktyabrında Neftçala rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan Hüseynov Tural Murad oğlu şəhid olub.

Xəbər lenti

Xəbər lenti