...

Türkiyə paytaxtında Xocalı faciəsi ilə bağlı afişalar asılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Fevral 2011 15:01 (UTC +04:00)
Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar təşkil olunmuş silsilə xatirə tədbirləri çərçivəsində Ankara şəhərinin Etimesgut bələdiyyəsi ilə birlikdə geniş tərkibli anım gecəsi keçirilib.
Türkiyə paytaxtında Xocalı faciəsi ilə bağlı afişalar asılıb

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar təşkil olunmuş silsilə xatirə tədbirləri çərçivəsində Ankara şəhərinin Etimesgut bələdiyyəsi ilə birlikdə geniş tərkibli anım gecəsi keçirilib. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən bildiriblər.

Tədbirdə səfirliyin təşkil etdiyi konfranslarda çıxış etmək məqsədilə Ankara şəhərinə ezam olunmuş ölkəmizin tanınmış elm adamlarından olan professor Cəmil Həsənli, Xocalı soyqırımı ilə əlaqədar çoxsaylı tədbirlərdə iştirak etmək məqsədilə Türkiyədə səfərdə olan DAK nümayəndələri, Türkiyənin millət vəkilləri, diaspor nümayəndələri, tələbələr, Ankara şəhər ictimaiyyətinin və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə Dağlıq Qarabağ probleminin tarixindən və Xocalı faciəsinin dəhşətindən bəhs edən sənədli film nümayiş etdirilib.

Konfrans zamanı "Xocalıya ədalət" kampaniyası çərçivəsində tədbir iştirakçılarından imza toplanıb və Xocalı soyqırımını anladan rəsmlərdən ibarət sərgi təşkil olunub.

Səfirlik tərəfindən Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar təşkil olunmuş silsilə xatirə tədbirləri çərçivəsində Ankara şəhərinin müxtəlif səmtlərində Xocalı faciəsi ilə bağlı çox sayda afişaların asılması səfirlik tərəfindən təmin olunub.

1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndidə yerləşən Rusiyaya məxsus 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşaiyət olunan genosid aktını həyata keçiriblər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb. Onlardan bir çoxu əsirlikdən qayıtmayıb və sonrakı taleyi barədə hər hansı məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti