Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir T.Hacıyev/
Türk Xalqları Vətəndaş Cəmiyyəti Forumu beynəlxalq qurumları Xocalı faciəsini "soyqırım" kimi tanımağa çağırıb. Trend-in məlumatına görə, forum Birləşmiş Millətlər Təşkilatı, BMT-nin baş katibi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı, Avropa Komissiyası, Avropa Şurası, ATƏT, Beynəlxalq Sülh Bürosu, Dünya Gənclər Assambleyasına, Türk dövlətlərinin parlamentlərinə, Türk dövlətlərinin Azərbaycandakı səfirliklərinə bəyanat ünvanlayıb.
Bəyanata forumda təmsil olunan Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstandan olan vətəndaş cəmiyyətinin nümayəndələri qoşulublar.
Bəyanatda ilə qeyd olunub ki, sözügedən soyqırımın təsdiqi olaraq bu günə kimi təqdim olunmuş, foto və video görüntülərə baxmayaraq, beynəlxalq ictimaiyyətin xüsusilə, dünyanın beynəlxalq qurumlarının hələ də bu faciəyə hüquqi qiymət verilməməsi bir daha sözügedən qurumların bu faciəyə biganəliyinin və ikili standartlarının nümunəsi kimi qiymətləndirilir.
"Biz bəyan edirik ki, dünya ictimaiyyəti özündə cəsarət taparaq, amansız bir vəhşiliklə günahsız insanları qətlə yetirmiş, Azərbaycanın ərazi bütövlüyünü pozaraq, işğal siyasətini həyata keçirmiş, öz ərazisindən didərgin düşərək 1 milyondan artıq qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum olmuş insanların hüquqlarını pozmuş işğalçını öz adı ilə çağırmalıdır. Beynəlxalq qurumlar bu insanların pozulmuş hüquqlarını bərpa edərək onları öz doğma yurdlarına qayıtmaları, əsir və girovların azad olunması üçün ciddi addım atmalı və nəhayət 19 ildən sonra da olsa səhvlərini düzəldərək, amansızlıqla qətlə yetirilmiş günahsız insanların ruhları qarşısında öz borclarını yerinə yetirməli, Xocalı soyqırımını bəşəriyyətə qarşı cinayət olması faktını tanımalıdır." - bəyanatda vurğulanıb.
1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndidə yerləşən Rusiyaya məxsus 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşaiyət olunan genosid aktını həyata keçiriblər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb. Onlardan bir çoxu əsirlikdən qayıtmayıb və sonrakı taleyi barədə hər hansı məlumat yoxdur. 366-cı alay Xankəndidən çıxarıldıqdan sonra bu hərbi hissəyə məxsus olan silahlı texnikanın mühüm hissəsi erməni separatçılarına verilib.
Türkdilli dövlətlərin QHT-ləri beynəlxalq qurumları Xocalı faciəsini “soyqırım” kimi tanımağa çağırıb
Türk Xalqları Vətəndaş Cəmiyyəti Forumu beynəlxalq qurumları Xocalı faciəsini “soyqırım” kimi tanımağa çağırıb. Trend-in məlumatına görə, forum Birləşmiş Millətlər Təşkilatı, BMT-nin baş katibi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı, Avropa Komissiyası, Avropa Şurası, ATƏT, Beynəlxalq Sülh Bürosu, Dünya Gənclər Assambleyasına, Türk dövlətlərinin parlamentlərinə, Türk dövlətlərinin Azərbaycandakı səfirliklərinə bəyanat ünvanlayıb.