...

ANAMA tərəfindən ötən ay 2645 PHS və 4 mina zərərsizləşdirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Mart 2011 16:14 (UTC +04:00)
Ötən ay Azərbaycanda 2 307 727 kvadratmetr ərazi mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.
ANAMA tərəfindən ötən ay 2645 PHS və 4 mina zərərsizləşdirilib

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir K.Zərbalıyeva/

Ötən ay Azərbaycanda 2 307 727 kvadratmetr ərazi mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Əməliyyatlar nəticəsində 2 645 PHS və 1 ədəd tank, 3 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 480 nəfər mütəxəssis və 120 nəfər yardımçı heyət, 6 mexaniki minatəmizləmə maşını və 37 minaxtaran it iştirak edib.

İndiyədək cəmi 156 209 570 kvadratmetr ərazi təmizlənib, 646 600 mina və PHS zərərsizləşdirilib.

ANAMA tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Göygöl, Tərtər, eyni zamanda, Ağstafa rayonu Saloğlu kəndində və Bakı şəhəri Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.

Fevral ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti