...

Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin əsgərin öldürülməsi barədə ittihamını təkzib edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Mart 2011 15:18 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın bir sıra kütləvi informasiya vasitələrinin atəşkəs rejiminin pozulması nəticəsində erməni əsgərin öldürülməsi barədə məlumatını təkzib edib.
Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin əsgərin öldürülməsi barədə ittihamını təkzib edib

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın bir sıra kütləvi informasiya vasitələrinin atəşkəs rejiminin pozulması nəticəsində erməni əsgərin öldürülməsi barədə məlumatını təkzib edib.

"Monitorinq zamanı Azərbaycan tərəfi atəşkəs rejimini pozmayıb. Çox güman, əsgər Ermənistan ordusunda baş verən silahlı insident nəticəsində həlak olub və buna digər çalar verməyə çalışırlar", - cümə günü Trend-ə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti