...

Azərbaycan ATƏT-in qiymətləndirmə missiyasının obyektivliyini araşdırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Mart 2011 18:38 (UTC +04:00)
Azərbaycan ATƏT-in qiymətləndirmə missiyasının obyektivliyini araşdırır.
Azərbaycan ATƏT-in qiymətləndirmə missiyasının obyektivliyini araşdırır

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycan ATƏT-in qiymətləndirmə missiyasının obyektivliyini araşdırır.

"ATƏT-in qiymətləndirmə missiyasının Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətlə bağlı Azərbaycan tərəfinə təqdim etdiyi hesabatın hazırda dəyərləndirilməsi gedir", - Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

Həsənovun sözlərinə görə, bu hesabata qeyri-qanuni məskunlaşdırmalar, o ərazilərin ekoloji və təbii landşaftının pozulması, ərazilərdən digər məqsədlər üçün istifadə olunması, narkotik trafiki, narkotik maddələrin becərilməsi, qanunsuz silah dövriyyəsi və silah alveri kimi məsələlər kifayət qədər daxildir.

Onun sözlərinə görə, Azərbaycan tərəfində bunlarla bağlı kifayət qədər məlumat var, hazırda hesabatda bunların hamısının öz əksini tapıb-tapmaması, nə dərəcədə obyektiv tapması, bu məsələlərin əks olunub-olunmaması dəyərləndirilir.

"Hesabata uyğun olaraq müvafiq qurumlar öz münasibətini bildirəcəklər", - Həsənov deyib.

ATƏT-in qiymətləndirmə missiyasının Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətlə bağlı hesabatı Azərbaycan tərəfinə martın 15-də təqdim edilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti