...

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Aprel 2011 12:34 (UTC +04:00)
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq baş tutub
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq baş tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu Trend-ə bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 1-də Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndinin cənub-qərbindəki təmas xəttində keçirilən monitorinqdə insident qeydə alınmayıb.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Uilyam Prayor keçiriblər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, ofisin koordinatoru İmre Palatinus, səhra köməkçiləri Antal Herdiç və Marius Puodziunas keçiriblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti