...

Azərbaycan ombudsmanı dünya birliyini erməni terrorçular və onların havadarlarının cinayət məsuliyyətinə cəlb edilməsinə çağırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 May 2011 10:52 (UTC +04:00)
Azərbaycan ombudsmanı Elmira Süleymanova dünya birliyinə, nüfuzlu beynəlxalq təşkilatlara müraciət edərək, erməni terrorçular və onların havadarlarının tezliklə cinayət məsuliyyətinə cəlb edilməsini tələb edir.
Azərbaycan ombudsmanı dünya birliyini erməni terrorçular və onların havadarlarının cinayət məsuliyyətinə cəlb edilməsinə çağırır

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan ombudsmanı Elmira Süleymanova dünya birliyinə, nüfuzlu beynəlxalq təşkilatlara müraciət edərək, erməni terrorçular və onların havadarlarının tezliklə cinayət məsuliyyətinə cəlb edilməsini tələb edir.

"Beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlmiş səyləri ikili standartlara yol vermədən, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həyata keçirilməli, ölkəmizin ərazi bütövlüyü, azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları bərpa edilməli, səlahiyyətli beynəlxalq qurumlar tərəfindən Ermənistan dövlətinə qarşı sanksiyalar tətbiq edilməlidir", - Trend-in məlumatına görə, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Şuşa və Laçının işğalı günləri ilə bağlı bəyanatında bildirir.

"Azərbaycana qarşı aparılan uzunmüddətli erməni təcavüzünə, terror siyasətinə, kütləvi şəkildə insan hüquqlarının pozulmasına son qoyulacağına inanırıq", - bəyanatda qeyd olunur.

Bu münaqişənin sülh və danışıqlar yolu ilə həllinə dəstək veriləcəyinə, zəbt olunmuş torpaqların qaytarılacağına, yüz minlərlə qaçqın və məcburi köçkünlərin öz yurdlarına dönəcəyinə ümidvar olan ombudsman beynəlxalq təşkilatları bu işdə Azərbaycana dəstək olmağa çağırır.

"Bəyan edirəm ki, Ermənistan və erməni millətçilər tərəfindən Azərbaycanın ərazi bütövlüyünün pozulması, əzəli torpaqlarının işğalı, tarixi və mədəni sərvətlərinin dağıdılması və mənimsənilməsi, insan hüquqlarının, o cümlədən mədəni hüquqların kütləvi şəkildə, kobudcasına pozulması hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına və prinsiplərinə tamamilə ziddir", - Elmira Süleymanova bildirib.

Bəyanat BMT, Avropa Komissiyası, Avropa Şurası, ATƏT, Beynəlxalq və Avropa ombudsmanlar institutları, Asiya Ombudsmanlar Assosiasiyasına və digər beynəlxalq qurumlara ünvanlanıb.

Şuşa 1992-ci il mayın 8-i, Laçın isə mayın 18-də işğal olunub.

Xəbər lenti

Xəbər lenti