...

Sülh sazişi qanunsuz güc tətbiqi hallarına haqq qazandırmamalıdır - Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin müavini

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 May 2011 12:56 (UTC +04:00)
Sülh sazişi qanunsuz güc tətbiqinə gətirib çıxara biləcək vəziyyətlərə haqq qazandırmamalıdır. Onlar, həmçinin soyqırıma, hərbi cinayətlərə, bəşəriyyətə qarşı cinayətlərə və insan haqlarının kobud şəkildə pozulmasına görə amnistiyaya zəmanət vermir.
Sülh sazişi qanunsuz güc tətbiqi hallarına haqq qazandırmamalıdır - Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin müavini

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir A.Qasımova/

Sülh sazişi qanunsuz güc tətbiqinə gətirib çıxara biləcək vəziyyətlərə haqq qazandırmamalıdır. Onlar, həmçinin soyqırıma, hərbi cinayətlərə, bəşəriyyətə qarşı cinayətlərə və insan haqlarının kobud şəkildə pozulmasına görə amnistiyaya zəmanət vermir. Bunu Vaşinqtonda Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin müavini, müşavir Tofiq Musayev bildirib. Trend-in məlumatına görə, bu barədə BMT TŞ-nin rəsmi saytında deyilir.

"Dinc, ədalətli və çiçəklənən sülhün möhkəmləndirilməsilə bağlı səylər heç də həmişə davamlı və uğurlu olmur. Bu da silahlı münaqişələr zamanı mülki əhalinin əziyyətlərinin davam etməsinə gətirib çıxarır", - Musayev BMT Təhlükəsizlik Şurasında keçirilən silahlı münaqişələrdə mülki şəxslərin müdafiəsi haqqında məsələ ilə bağlı açıq müzakirələrdə deyib.

Onun sözlərinə görə, BMT TŞ Azərbaycan ərazilərinin işğalı ilə bağlı 1993-cü ildə qəbul etdiyi qətnamələrdə beynəlxalq humanitar hüququn pozulmasına, eləcə də böyük sayda mülki şəxslərin köçürülməsinə, mülki şəxslərə hücumlara və yaşayış məntəqələrinin bombalanmasını əsas gətirib. "Avropa İnsan Hüquqları Məhkəməsi bir müddət sonra Azərbaycana hücum həyata keçirənlərin hərəkətlərini "hərbi cinayətlər və ya insanlığa qarşı cinayətlər kimi təsnifləşdirilə biləcək xüsusilə ağır aktlar" kimi təsvir edib", - Musayev deyib.

"Azərbaycan hesab edir ki, cəzasızlığın xəbərdarlığı yalnız fərdi cinayət məsuliyyətinin təyini üçün deyil, həm də möhkəm dünyanın, həqiqətin və barışığın təminatı üçün əhəmiyyətlidir", - o, bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti