...

Avropa Parlamentinin üzvləri Azərbaycanın Ağdam rayonunda məskunlaşmış məcburi köçkünlərlə görüşüblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 İyul 2011 12:02 (UTC +04:00)
Avropa Parlamentinin üzvləri şənbə günü Azərbaycanın Ağdam rayonuna səfər ediblər.
Avropa Parlamentinin üzvləri Azərbaycanın Ağdam rayonunda məskunlaşmış məcburi köçkünlərlə görüşüblər

Azərbaycan, Ağdam, 16 iyul /Trend, müxbir Ş.Cəliloğlu/

Avropa Parlamentinin üzvləri şənbə günü Azərbaycanın Ağdam rayonuna səfər ediblər. Trend-in məlumatına görə, nümayəndə heyətinin üzvləri Ferreyra Fernandez Xose Manuel, Franko Qaston və Belçika parlamentinin üzvü Alen Desteks Ağdamda məskunlaşan qaçqın və məcburi köçkünlərlə görüşüblər.

Ağdam rayonunda qaçqın və məcburi köçkünlərin ən sıx məskunlaşdığı Quzanlı qəsəbəsində Avropa Parlamentinin üzvləri onların həyat şəraiti ilə tanış olublar.

Görüşdə qaçqın və məcburi köçkünlər bildiriblər ki, erməni silahlı qüvvələrinin işğalı nəticəsində onlar 18 ildən çoxdur ki, doğma yurd-yuvalarından didərgin düşüblər. Qəsəbə sakinləri köçkün düşdükdən sonra bir neçə il çətin şəraitdə yaşasalar da, Azərbaycan dövlətinin diqqət və qayğısı nəticəsində həyat şəraitinin yaxşılaşdırıldığını qeyd ediblər. Eyni zamanda, həyat şəraitinin yaxşılaşdırılmasına baxmayaraq, ürəklərinin vətən həsrəti ilə döyündüyünü deyən qaçqın və məcburi köçkünlər, bütün dünya birliyindən işğala son qoyulmasına, torpaqların sülh yolu ilə geri qaytarılmasına səy göstərməsini istəyiblər.

Xəbər lenti

Xəbər lenti