...

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar aktiv mərhələyə daxil olub - Robert Bradtke

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 İyul 2011 14:56 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi daha aktiv mərhələyə daxil olub və tərəflərin qarşısında münaqişənin həllində irəliləyişə nail olmaq vəzifəsi durur.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar aktiv mərhələyə daxil olub - Robert Bradtke

Azərbaycan, Bakı, 18 iyul /Trend/

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi daha aktiv mərhələyə daxil olub və tərəflərin qarşısında münaqişənin həllində irəliləyişə nail olmaq vəzifəsi durur. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Robert Bradtke Yerevanda jurnalistlərlə söhbətində bildirib.

"Buna görə də biz nəticə əldə etmək üçün tələsməli və vəziyyətin yaxın inkişafını gözləməliyik", - o deyib və qeyd edib ki, tərəflər Minsk qrupu ilə əməkdaşlıq edərək öz mövqelərini dəqiqləşdirməli, daha sonra yekun nəticə çıxarmalıdırlar.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti