...

Dağlıq Qarabağın azərbaycanlı icması: Sarkisyan özü kimi caniləri mükafatlandırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Sentyabr 2011 13:02 (UTC +04:00)
Serj Sarkisyanın mükafatlandırdığı şəxslər günahsız insanların, uşaqların, qocaların ölümünə bais olan, onun özü kimi canilərdir. Bunu cümə günü Trend-ə "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov bildirib.
Dağlıq Qarabağın azərbaycanlı icması: Sarkisyan özü kimi caniləri mükafatlandırır

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir M.Əliyev/

Serj Sarkisyanın mükafatlandırdığı şəxslər günahsız insanların, uşaqların, qocaların ölümünə bais olan, onun özü kimi canilərdir. Bunu cümə günü Trend-ə "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov bildirib.

Ermənistan Prezidenti Serj Sarkisyan qondarma "Dağlıq Qarabağ Respublikası"nın yaradılmasının 20 illiyi münasibətilə Xankəndidə təşkil olunan yubiley tədbirlərində iştirak edərək, bir sıra şəxsə yüksək dövlət mükafatı təqdim edib.

"Bütün dünya da artıq bilir ki o şəxslər nə qədər mədəniyyət ocaqlarını, abidələri talan ediblər. Lakin o insanlar bilməlidirlər ki, bir gün məhkəmə qarşısına çıxacaqlar və öz əməllərinə görə cavab verməli olacaqlar", - Səfərov vurğulayıb.

İB sədri dünyada heç kəsin suveren dövlət kimi tanımadığı Dağlıq Qarabağın müstəqilliyinin ildönümünün ermənilər tərəfindən bayram edilməsinin absurd iş olduğunu bildirib.

"Ermənilərin özləri rəhbərləri tərəfindən verilən vədlərin yalan olduğunu dərk edirlər və görürlər ki, iqtisadi irəliləyiş yoxdur", - Səfərov deyib.

Onun sözlərinə görə, Ermənistan xalqı özü də dərk edir və internetdə yerləşdirdikləri məlumatlarda bildirirlər ki, münaqişə başladıqdan sonra Azərbaycanın sürətli inkişafı fonunda Ermənistanın iqtisadi, sosial vəziyyəti günü-gündən pisləşir.

"Onlar başa düşürlər ki, əmin-amanlığın bərqərar olması ermənilərin öz rifahı üçün də yaxşı olardı", - İB sədri bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti