Azərbaycan, Bakı, 26 sentyabr /Trend/
Ermənistan Silahlı Qüvvələrinin dörd istiqamətdə bölmələri atəşkəs rejimini pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 25-də saat 10.20-dən 10.50-dək Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 22.10-dan 22.20-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 22.10-dan 22.20-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən;
- sentyabrın 26-də saat 00.20-dən 00.25-dək, 02.40-dan 02.44-dək və 03.10-dan 03.20-dək Füzuli rayonunun Horadiz və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri dörd istiqamətdə atəşkəs rejimini pozub
Ermənistan Silahlı Qüvvələrinin dörd istiqamətdə bölmələri atəşkəs rejimini pozub.
