...

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında əsas maneə etimadın olmamasıdır - Aİ-nin xüsusi nümayəndəsi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Oktyabr 2011 15:23 (UTC +04:00)
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda əsas maneə tərəflər arasında etimadın olmamasıdır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort Azərbaycana səfərinin yekunları ilə bağlı mətbuat konfransında deyib
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında əsas maneə etimadın olmamasıdır - Aİ-nin xüsusi nümayəndəsi

Azərbaycan, Bakı, 27 oktyabr / Trend müxbir M.Əliyev/

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda əsas maneə tərəflər arasında etimadın olmamasıdır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort Azərbaycana səfərinin yekunları ilə bağlı mətbuat konfransında deyib.

Onun sözlərinə görə, regiondakı mövcud münaqişələrin nizamlanmasına böyük əhəmiyyət verən Aİ gələcəkdə də ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasındakı səylərini dəstəkləyəcək.

Aİ-nin xüsusi nümayəndəsi əsas missiyasının mövcud münaqişənin həll edilməsinə və Azərbaycanla Aİ arasında əlaqələrin genişləndirilməsinə kömək etmək olduğunu bildirib.

Lefortun səfəri çərşənbət axşamı başlayıb. Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevlə görüşlər keçirib. Onun Milli Məclisin spikeri Oqtay Əsədov və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşləri planlaşdırılıb.

Bu, Lefortun Piter Semnebinin əvəzinə vəzifəyə təyin edilməsindən sonra regiona ikinci səfəridir.

Lefortun sözlərinə görə, Aİ, xüsusən, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi və Azərbaycan ilə qaz sazişinin imzalanması fonunda Azərbaycan ilə əməkdaşlığın inkişafında maraqlıdır. "Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından sonra Aİ ilə Azərbaycan arasında münasibətlər daha da intensiv inkişaf edəcək", - o bildirib.

Xəbər lenti

Xəbər lenti