...

Dağlıq Qarabağ problemi həllə yaxındır – türkiyəli siyasətçi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Dekabr 2011 17:26 (UTC +04:00)
Dağlıq Qarabağ problemi həllə yaxındır. Belə ki, regionun bütün ölkələri, eləcə də Ermənistan və Rusiya bu problemin nizamlanmasının zəruriliyini anlayır, çünki münaqişənin davam etməsi bu ölkələrə ziyan vurur.
Dağlıq Qarabağ problemi həllə yaxındır – türkiyəli siyasətçi

Türkiyə, Ərzurum, 3 dekabr /Trend, müxbir A.Tağıyeva/

Dağlıq Qarabağ problemi həllə yaxındır. Belə ki, regionun bütün ölkələri, eləcə də Ermənistan və Rusiya bu problemin nizamlanmasının zəruriliyini anlayır, çünki münaqişənin davam etməsi bu ölkələrə ziyan vurur. Trend-in məlumatına görə, bu barədə şənbə günü Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Haluk İpək bildirib.

"Ermənistan özünün işğalçı siyasətinə görə təcrid olunmuş vəziyyətdədir və bunun nəticəsində ölkə iqtisadiyyatı kəskin zəifləyib", - İpək deyib.

İpək hesab edir ki, ciddi iqtisadi və strateji problemləri nəzərə alaraq, ölkə hakimiyyəti öz səhv siyasətini etiraf etməyə məcbur olacaq.

Onun sözlərinə görə, Türkiyə həmişə Azərbaycanı Dağlıq Qarabağ münaqişəsinin həllində dəstəkləyib və münaqişə həll olunana kimi Ankara qardaş ölkəyə hər cür dəstəyi davam etdirəcək.

O bildirib ki, Rusiyanın Dağlıq Qarabağ probleminin həllində təşəbbüslərinin nəticəsizliyi səbəbindən Türkiyə bu məsələdə daha aktiv rol oynamağa başlaya və təşəbbüsü öz əlinə ala bilər.

"Biz inanırıq ki, Dağlıq Qarabağ probleminin həlli Türkiyənin köməyi ilə həyata keçiriləcək", - İpək deyib.

"Zaman Azərbaycanın xeyrinə işləyir. 20 illik müstəqillik ərzində Azərbaycan davamlı və inkişaf edən iqtisadiyyata malik ölkəyə çevrilib və dünyanın aparıcı dövlətlərinin və beynəlxalq təşkilatlarının onun siyasi gücünü tanımasına nail olub", - İpək deyib.

O, həmçinin qeyd edib ki, nə qədər ki Ermənistan tərəfdən Azərbaycan torpaqlarının işğalı davam edir, Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşmasından söhbət gedə bilnməz və heç bir qüvvə Türkiyə hakimiyyətini Ermənistanla sərhədləri açmağa məcbur edə bilməz.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti