...

Azərbaycan, RF və Ermənistan rəhbərləri Soçidə Qarabağ nizamlanmasını müzakirə edirlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Yanvar 2012 14:19 (UTC +04:00)
Azərbaycan, RF və Ermənistan prezidentləri Dağlıq Qarabağ nizamlanması üzrə üçtərəfli danışıqlar aparırlar.
Azərbaycan, RF və Ermənistan rəhbərləri Soçidə Qarabağ nizamlanmasını müzakirə edirlər

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Azərbaycan, RF və Ermənistan prezidentləri Dağlıq Qarabağ nizamlanması üzrə üçtərəfli danışıqlar aparırlar. Trend-in məlumatına görə, bu barədə RİA Novosti xəbər verir.

Görüş Soçi yaxınlığında "Krasnaya Polyana"da keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın dövlət başçısı Serj Sarkisyan Rusiya liderinin dəvəti ilə Soçiyə səfər ediblər.

Kremldən bildiriblər ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin dinc vasitələrlə uğurlu həlli Rusiyanın regiondakı prioritet maraqları sırasına daxildir.

Bu, artıq 2008-ci ildən başlayaraq keçirilən sayca 10-cu üçtərəfli görüşdür.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti