...

Gülçöhrə Məmmədova: Xocalıda törədilənlər heç bir müharibə qanunlarına sığmır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Fevral 2012 14:51 (UTC +04:00)
Azərbaycan Memarlıq və İnşaat Universitetində cümə günü Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Gülçöhrə Məmmədova: Xocalıda törədilənlər heç bir müharibə qanunlarına sığmır

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycan Memarlıq və İnşaat Universitetində cümə günü Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə çıxış edən universitetin rektoru, millət vəkili Gülçöhrə Məmmədova bildirib ki, Xocalıda törədilənlər heç bir müharibə qanunlarına sığmır. "Müharibələr zamanı çoxsaylı insanlar həlak olur. Bu, müharibənin qanunudur. Lakin heç bir dövlət tərəfindən qəbul olunmayan dinc əhalinin kütləvi şəkildə öldürülməsidir", - o deyib.

Məmmədova bildirib ki, yalnız namərdlər silahsız qadın və uşaqlara hücum edir, onları süngüyə keçirirlər.

Rektor qeyd edib ki, Xocalı hadisələrinə beynəlxalq ictimaiyyət tərəfindən ədalətli qiymət verilməsinə nail olmaq bizim borcumuzdur.

Sonra tədbirdə universitetin Qadınlar Şurasının sədri Salatın Əhmədova soyqırımla bağlı çıxış edərək erməni qatillərinin vəhşiliklərinin tarixdə qanlı iz buraxdığını bildirib.

Sonra anma mərasiminin rəsmi hissəsini tələbələrin xatirələri və bu vəhşiliyi eşidən tələbələrin çıxışları davam etdirib.

Sonda tədbiri Gənc Tamaşaçılar Teatrının artistlərinin ifasında kompozisiya ilə davam etdirilib.

Xəbər lenti

Xəbər lenti