...

Sinqapurda Xocalı soyqırımı yad edilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Fevral 2012 13:14 (UTC +04:00)
Azərbaycanın İndoneziya və Sinqapurdakı səfiri Tamerlan Qarayev Sinqapurda yaşayan, təhsil alan Azərbaycan vətəndaşları ilə görüşüb.
Sinqapurda Xocalı soyqırımı yad edilib

Azərbaycan, Bakı, 25 fevral /Trend/

Azərbaycanın İndoneziya və Sinqapurdakı səfiri Tamerlan Qarayev Sinqapurda yaşayan, təhsil alan Azərbaycan vətəndaşları ilə görüşüb. Vətəndaşların böyük qismi beynəlxalq olimpiadalarda qalib gəlmiş, sonradan Sinqapur hökuməti tərəfindən Sinqapurda təhsilərini davam etdirmək üçün dəvət olunmuş Azərbaycanlı tələbələr, Sinqapur şirkətlərində çalışan vətəndaşlarımız təşkil edir.

Azərbaycanın İndoneziya, eyni zamanda, Filippin, Timor-Leste və Sinqapurda akkreditə olunmuş səfirliyindən şənbə günü Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən səfir 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində törətdiyi soyqırımdan danışdı. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 nəfər Xocalı sakininin qətlə yetirildiyini, 8 ailənin tamamilə məhv edildiyini, 25 uşağın hər iki valideynini, 130 uşağın valideynlərindən birini itirdiyini xatırladıb və "Xocalıya Ədalət" kampaniyasında Sinqapurda yaşayan vətəndaşlarımızı fəal iştirak etməyə və erməni işğalçılarının Sinqapur cəmiyyətinə əsl üzünü göstərməyə çağırıb.

Sonra Qarayev Azərbaycanın müasir inkişafı, artan iqtisadi potensialı, qlobal siyasətdə artan nüfuzu barədə danışıb.

Səfir vətəndaşların problemləri ilə maraqlanıb və hər zaman ona müraciət edə biləcəklərini vəd edib.

Daha sonra Azərbaycanın Sinqapurda tanıdılması üçün tədbirlər üzrə diskussiya aparılıb. Səfir vətəndaşlara başlanğıc üçün təhsil aldıqları universitetlərdə Azərbaycan güşəsinin açılmasını və Azərbaycan-Sinqapur dostluq cəmiyyətinin yaradılmasını tövsiyə edib və bunun üçün hər cür yardım etməyə hazır olduğunu bildirib. Qarayev yaxın gələcəkdə Sinqapurda Azərbaycan mədəniyyəti ilə bağlı bir sıra tədbirlərin keçirilməsi üzrə layihələrin hazırlanacağını bildirib.

Xəbər lenti

Xəbər lenti