...

Kanadanın Kalqari şəhərinin meri Xocalı qətliamında Ermənistan SQ-ni təqsirli bilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Fevral 2012 15:14 (UTC +04:00)
Kalqari şəhərinin meri Xocalı qətliamı faktını tanıyıb və bu cinayətin törədilməsində Ermənistan Silahlı Qüvvələrinin (SQ) məsuliyyət daşıdığını bildirib.
Kanadanın Kalqari şəhərinin meri Xocalı qətliamında Ermənistan SQ-ni təqsirli bilib

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir M.Əliyev/

Kanadadakı "Alberta" Azərbaycan Mədəniyyət Cəmiyyətinin (Alberta Azerbaijani Cultural Society - ALACS) göstərdiyi fəaliyyət sayəsində Kalqari şəhərinin meri Xocalı qətliamı faktını tanıyıb və bu cinayətin törədilməsində Ermənistan Silahlı Qüvvələrinin (SQ) məsuliyyət daşıdığını bildirib.

Trend-in bazar ertəsi Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, şəhər meri Nahed K.Nenşinin imzaladığı məktubda deyilir:

"1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərini mühasirəyə almış və şəhərə basqın edərək buranı tərk edən mülki əhalini güllə-baran etmişdir".

Məktubda, həmçinin qeyd olunub ki, "Kalqari şəhəri 2012-ci il 25-26 fevral tarixlərini həmin faciəli günün 20-ci ildönümü kimi tanıyır və həmin hadisələr zamanı həlak olmuş, eləcə də yaxınlarını itirmiş insanları xatırlayır.

Şəhər merinin qərarı ilə bu il fevralın 25 və 26-da Kalqaridə Xocalı faciəsinin 20-ci ildönümü qeyd olunub.

Xəbər lenti

Xəbər lenti