...

Milanda Xocalı soyqırımının 20 illiyinə həsr edilmiş anma mərasimi keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Mart 2012 20:00 (UTC +04:00)
Milanda Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi və İtaliyada fəaliyyət göstərən “Azəri” Azərbaycan Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə martın 2-də Xocalı soyqırımına həsr olunmuş anım mərasimi keçirilib.
Milanda Xocalı soyqırımının 20 illiyinə həsr edilmiş anma mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 3 mart / Trend /

Milanda Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi və İtaliyada fəaliyyət göstərən "Azəri" Azərbaycan Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə martın 2-də Xocalı soyqırımına həsr olunmuş anım mərasimi keçirilib.

Səfirlikdən şənbə günü Trend-ə verilən məlumata görə, tədbiri "Orizon" mədəniyyət təşkilatının nümayəndəsi Vinçenza Aurilio, "Sant Egidio" icmasının nümayəndəsi Rikkardo Mauri və "Nous" qeyri-hökumət təşkilatının prezidenti Barbara Alessandrini çıxış nitqləri ilə açıb, iştirakçılara Xocalı soyqırımı ilə bağlı məlumat verib və bu faciəvi hadisə ilə bağlı öz fikirlərini bölüşüblər.

Daha sonra Azərbaycan və dünya klassiklərinin musiqi parçaları ifa olunub, italiyalı tenor David Qualtiyeri tərəfindən xalq şairimiz Məmməd Arazın italiyan dilinə tərcümə edilmiş şerləri və Xocalı soyqırımına həsr etmiş öz şerini oxunub, "Qospel Valmadera Qardaşları" xoru tərəfindən dini musiqi parçaları ifa olunub və "Orizon" rəqs qrupu tərəfindən Xocalı faciəsini əks etdirən xoreoqrafik səhnəcik nümayiş etdirilib.

Tədbir zamanı həmçinin Xocalı soyqırımı şahidləri olmuş uşaqlar tərəfindən çəkilmiş rəsmlər nümayiş etdirilib.

Tədbirdə İtaliya ictimaiyyəti və İtaliyada yaşayan həmyerlilərimiz və Azərbaycanın İtaliyadakı səfirliyinin nümayəndələri iştirak edib.

Xəbər lenti

Xəbər lenti