Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir E.İsmayılov/
Avropa Mülki Aviasiya Konfrasının (ECAC) prezidenti Katalin Radunun Bakıya rəsmi səfəri zamanı Azərbaycanın işğal olunmuş ərazisində Xocalı aeroportunda qanunsuz tikinti işləri və bu hava limanına uçuşlarla bağlı məsələ müzakirə olunub.
Trend-in məlumatına görə, Radu və ECAC-ın icraçı katibi Salvatore Şikitano Dövlət Mülki Aviasiya Administrasiyasının dəvəti ilə martın 13-16-da Bakıda rəsmi səfərdə olub.
Məlumata görə, aparılmış danışıqlar zamanı ECAC-ın rəhbəri Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın (Çikaqo Konvensiyası) prinsiplərinə və BMT-nin müvafiq qətnamələrinə, eləcə də regionda uçuşların təhlükəsizliyinə xələl gətirmək cəhdləri ilə mübarizəyə sadiqlik mövqeyini bir daha vurğulayıb.