...

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 May 2012 10:33 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir

Azərbaycan, Bakı, 1 may / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 30-da saat 09.30-dan 09.40-dək Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 16.20-dən 16.25-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 14.05-dən 14.20-dək və 18.05-dən 18.10-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Çinarlı kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar və Ağbulaq kəndlərində yerləşən mövqeləri, saat 18.15-dən 18.20-dək və 22.30-dan 22.35-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Şavarşavan və Barekamavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli və Qaymaqlı kəndlərində yerləşən mövqeləri atəşə tutublar.

Erməni hərbiçilər həmin gün saat 19.30-dan 19.35-dək və mayın 1-də 04.35-dən 04.40-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti