...

Cəbhə xəttində bu gecə də silah səsləri eşidilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 May 2012 09:53 (UTC +04:00)
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atəşkəs rejimi növbəti dəfə pozulub.
Cəbhə xəttində bu gecə də silah səsləri eşidilib

Azərbaycan, Bakı, 2 may /Trend/

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atəşkəs rejimi növbəti dəfə pozulub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri may 1-də saat 15:30-dan 15:10-dək Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 18:45-dən 18:55-dək və 19:20-dən 19:45-dək Ermənistan Respublikasının Berd rayonunun Çinarlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq və Qaralar kəndlərində yerləşən mövqeləri, mayın 2-də saat 05:45-dən 05:55-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqeləri, saat 00:10-dan 00:20-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlıgında yerləşən mövqelərdən, saat 03:10-dan 03:20-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlıgında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti