...

Azərbaycan QHT-ləri Şuşanın işğalının 20 illiyi ilə əlaqədar bəyanat qəbul ediblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 May 2012 15:15 (UTC +04:00)
Azərbaycanın qeyri-hökumət təşkilatları Şuşa şəhərinin Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilməsinin 20 illiyi ilə əlaqədar bəyanat qəbul ediblər.
Azərbaycan QHT-ləri Şuşanın işğalının 20 illiyi ilə əlaqədar bəyanat qəbul ediblər

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanın qeyri-hökumət təşkilatları Şuşa şəhərinin Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilməsinin 20 illiyi ilə əlaqədar bəyanat qəbul ediblər. Bu barədə Trend-ə Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından məlumat verilib.

QHT-lərin cümə axşamı keçirilən toplantısında qəbul edilmiş bəyanatda bildirilir ki, erməni vandalları işğal vaxtı minlərlə eksponatın olduğu muzeyləri talan ediblər.

"Bu gün erməni işğalçıları Şuşanın tarixini saxtalaşdırmaq və orada "erməni izləri" aşkar etmək məqsədilə Azərbaycanın mədəniyyət abidələrini vəhşicəsinə dağıdır, ermənicə yazdıqları daşları yerin altına, üstünə, qədim divarlara yerləşdirirlər. Bu gün erməni vandalları Şuşanı "rekonstruksiya" adı ilə tamamilə dağıdır, orada Azərbaycan mədəniyyətinin bütün izlərini məhv edirlər", - bəyanatda deyilir.

Azərbaycan QHT-ləri ölkə ictimaiyyətini, dünyadakı dostlarını, sülh, əməkdaşlıq və əmin-amanlıq tərəfdarı olan bütün insanları irəli sürdükləri təşəbbüslərə tərəfdar çıxmağa və onları dəstəkləməyə çağırırıb.

QHT-lər tərəfindən qəbul olunan bəyanatda irəli sürülən təşəbbüslər "Şuşaya azadlıq!" beynəlxalq kampaniyasına start verilməsi, bu məqsədlə Azərbaycanda və dünyada geniş təbliğat tədbirlərinin həyata keçirilməsinə başlanması, Şuşada YUNESKO-nun qərarı ilə Mir Möhsün Nəvvabın qəbri üstündə ucaldılmış abidənin erməni vandalları tərəfindən dağıdılması haqqında bu təşkilata rəsmi məlumat verilməsi, Şuşanın işğalının 20 ilinin tamam olması ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət edilməsi və işğal altındakı Azərbaycan torpaqlarının erməni qəsbkarlardan azad olunması tələbi ilə bağlıdır.

Xəbər lenti

Xəbər lenti