...

Avropa İttifaqı qoşunların təmas xəttində gərginliyin artması ilə bağlı narahatlığını ifadə edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 İyun 2012 12:29 (UTC +04:00)
Avropa İttifaqı qoşunların təmas xəttində gərginliyin və həlak olanların sayının artması ilə bağlı narahatlığını ifadə edir.
Avropa İttifaqı qoşunların təmas xəttində gərginliyin artması ilə bağlı narahatlığını ifadə edir

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbirlər E.Mehdiyev, E.Tariverdiyeva/

Avropa İttifaqı qoşunların təmas xəttində gərginliyin və həlak olanların sayının artması ilə bağlı narahatlığını ifadə edir. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia bildirib.

"Biz tərəfləri münaqişəni hərbi qüvvənin köməyi ilə həll etməyə deyil, danışıqlar masası arxasına əyləşməyə vadar etməliyik", - Kobia deyib.

Onun sözlərinə görə, Aİ dinc nizamlanmaya keçidə cəhd etmək üçün xalqlar arasında etimadın möhkəmləndirilməsi üzrə tədbirlər təklif edir.

"Mən həlak olanların doğmalarına və yaxınlarına, Azərbaycan xalqına başsağlığı verirəm", - Kobia deyib.

Xəbər lenti

Xəbər lenti