...

Jirayr Libaridyan: Dağlıq Qarabağ münaqişəsi həll edilməsə, Ermənistan regionda ən zəif ölkə olaraq qalacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 İyun 2012 12:53 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi həll edilməsə, Ermənistan regionda ən zəif ölkə olaraq qalacaq, Azərbaycan və Gürcüstan isə inkişaf edəcək.
Jirayr Libaridyan: Dağlıq Qarabağ münaqişəsi həll edilməsə, Ermənistan regionda ən zəif ölkə olaraq qalacaq

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir E.Mehdiyev/

Dağlıq Qarabağ münaqişəsi həll edilməsə, Ermənistan regionda ən zəif ölkə olaraq qalacaq, Azərbaycan və Gürcüstan isə inkişaf edəcək. Trend-in məlumatına görə, bunu cümə axşamı Bakıda jurnalistlərə Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın baş müşaviri Jirayr Libaridyan deyib.

"Biz iki qonşu dövlətlə - Türkiyə və Azərbaycanla münaqişədəyik. Nə qədər ki, bu münaqişələr həll edilməyib, Ermənistan inkişaf edə bilməyəcək", - Libaridyan əlavə edib.

Onun sözlərinə görə, münaqişənin həlli üçün tərəflər maksimum tələblərdən imtina etməlidirlər.

"Mən ATƏT-in Minsk qrupunun vasitəçilərinə etibar etmirəm, danışıqlar birbaşa aparılmalıdır", - Ermənistanın sabiq prezidentinin baş müşaviri deyib.

Trend-in məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM), "Caucasus International" və "Turkish Policy Quarterly" jurnallarının cümə axşamı Bakıda birgə təşkil etdiyi konfransda Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın baş müşaviri olmuş Jirayr Libaridyan, Gürcüstan Strateji və Beynəlxalq Tədqiqatlar Fondunun prezidenti Aleksandr Rondeli, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Rasim Musabəyov iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti