...

Aİ Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında etimadın möhkəmləndirilməsinə yardım etməyə hazırdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 İyul 2012 14:37 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində etimadın möhkəmləndirilməsi üzrə tədbirlərin təşkili üçün əlavə yardım göstərməyə hazırdır.
Aİ Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında etimadın möhkəmləndirilməsinə yardım etməyə hazırdır

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbirlər A.Bədəlova, E.Tariverdiyeva/

Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində etimadın möhkəmləndirilməsi üzrə tədbirlərin təşkili üçün əlavə yardım göstərməyə hazırdır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda jurnalistlərə Avropa İttifaqı Şurasının sədri Herman Van Rompey bildirib.

Onun fikrincə, Madrid prinsipləri regionda sülhün bərqərar edilməsi üçün əsas olaraq qalır.

"Mən qoşunların təmas xəttində insan ölümlərindən təəssüflənirəm, bundan dərs götürülə bilər", - Rompey əlavə edib.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun və onun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesində səyləri Aİ tərəfindən tam dəstəklənir.

"Razılaşmanın əldə edilməsi vaxt tələb edir və etimadın möhkəmləndirilməsi münaqişənin həlli yollarında ilk addımdır. Etimad olmadan sülh ola bilməz", - Rompey qeyd edib.

Xəbər lenti

Xəbər lenti