...

Əhməd Davudoğludan Ermənistana məyusedici jest

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 İyul 2012 12:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir A.Tağıyeva/

Ermənistan, ilk növbədə, işğal etdiyi Azərbaycan torpaqlarını azad etməlidir və yalnız bundan sonra Ankara Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması barədə düşünə bilər. Trend-in Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə şənbə günü Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu bəyan edib.

"Biz hər dəfə təkrar edirik ki, Ermənistan Azərbaycan torpaqlarını azad etməlidir. Bundan sonra Ermənistan-Türkiyə sərhədi açıla, Ermənistan iqtisadiyyatını dirçəldəcək iqtisadi əməkdaşlıq qurula bilər", - Davudoğlu bildirib.

Qeyd edək ki, Türkiyə və Ermənistan arasındakı diplomatik münasibətlər 1993-cü ildən kəsilib. Əlaqələrin kəsilməsinə və 1993-cü ildə Türkiyə-Ermənistan sərhədlərinin bağlanmasına səbəb Yerevanın qondarma "erməni soyqırımı"nın tanınması iddiası və Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi olub.

Xəbər lenti

Xəbər lenti