...

İran XİN: Dağlıq Qarabağda “seçkilər” Qarabağ münaqişəsinin nizamlanmasına mənfi təsir edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 İyul 2012 11:40 (UTC +04:00)
Dağlıq Qarabağda "seçkilər" Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair sülh prosesinə mənfi təsir edir.
İran XİN: Dağlıq Qarabağda “seçkilər” Qarabağ münaqişəsinin nizamlanmasına mənfi təsir edir

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir T.Cəfərov/

Dağlıq Qarabağda "seçkilər" Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair sülh prosesinə mənfi təsir edir. Trend İranın İRİNN televiziyasına istinadən məlumat verir ki, bu barədə çərşənbə axşamı İran XİN-in rəsmi nümayəndəsi Ramin Mehmanpərəst brifinqdə bildirib.

Onun sözlərinə görə, hələlik tərəflər Qarabağ probleminin həlli üzrə hər hansı razılığa gələ bilməyiblər, belə hərəkətlər danışıqlar prosesinə mənfi təsir göstərir.

Xatırladaq ki, iyulun 19-da dünyanın heç bir ölkəsi tərəfindən tanınmayan separatçı Dağlıq Qarabağda qondarma "prezident seçkiləri" keçirilib.

Xəbər lenti

Xəbər lenti